Abşeronda qəza nəticəsində ikisi azyaşlı olmaqla 3 nəfər xəsarət alıb - YENİLƏNİB
18.01.2025-ci il tarixində saat 14:00 radələrində Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına 1992-ci il təvəllüdlü 1 nəfər (kişi cinsli), Uşaq Xəstəxanasına isə 2018 və 2019-cu il təvəllüdlü 2 nəfər (kişi cinsli) hospitalizasiya olunub.
Bunu APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildiriblər.
Sağ qasıq oturaq sümüyünün sınığı diaqnozu təyin edilən 1992-ci il təvəllüdlü şəxs tibb müəssisəsinin Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır.
Müxtəlif xəsarət alan uşaqlar isə Uşaq Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Müalicələri davam etdirilir, vəziyyətləri stabildir.
***
20:28
Abşeronda yol-nəqliyyat hadisəsi baş verib, ikisi azyaşlı olmaqla 3 nəfər xəsarət alıb.
APA xəbər verir ki, hadisə Saray qəsəbəsində qeydə alınıb.
Belə ki, yolu keçmək istəyən 33 yaşlı atanı və onun 6 və 7 yaşlı oğlanlarını avtomobil vurub.
Qəza zamanı hər 3 şəxs ağır xəsarət alıb.
Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Sumqayıtda və Novxanıdakı partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb
Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər xəsarət alıb
Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb - FOTO
Qubada mikroavtobusla avtomobil toqquşub, 1 nəfər ölüb, xəsarət alan 14 nəfərdən 8-nin vəziyyəti ağırdır - YENİLƏNİB 2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
Yasamal və Nizami rayonlarının bəzi ərazilərində işıq olmayacaq
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
