Sosial şəbəkədə ucuz telefon satmaq adı ilə dələduzluq edən şəxslər saxlanılıb
Sosial şəbəkədə vətəndaşlara ucuz mobil telefon satmaq adı ilə dələduzluq edən şəxslər tutulub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Sizinxeber.az-ya verilən məlumata görə, Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkələrdə dələduzluq edən 30 yaşlı Zülfiqar Hüseynov və 27 yaşlı Nurlan Əliyev saxlanılıb.
Həmin şəxslər müxtəlif sosial şəbəkələrdə tanış olduğu şəxslərə ucuz mobil telefon təklif edərək 1340 manat pulu dələduzluq yolu ilə ələ keçiriblər.
Faktlarla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
Z. Hüseynov və N. Əliyevin digər analoji cinayətlərdə iştirakı istisna edilmir. Əgər bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polis orqanlarına məlumat verə bilərlər.
Oxşar xəbərlər
Sosial şəbəkə vasitəsilə dələduzluq edən şəxs saxlanılıb
Polis yaxta dələduzlarını saxlayıb, zərərçəkənlər var
Sosial şəbəkədə vətəndaşa dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Şirvanda dələduzluq edən şəxs həbs edilib
Sosial şəbəkələrdə yaxta kirayəsi adı ilə vətəndaşları aldadan şəxslər saxlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













