Polis yaxta dələduzlarını saxlayıb, zərərçəkənlər var
Sosial şəbəkələrdə “rent.yaxta”, “yaxtaların icarəsi” və digər adlar altında saxta elanlar yerləşdirməklə vətəndaşlara qarşı kütləvi dələduzluq edən şəxslər müəyyən ediliblər.
DİN-in Mətbuat Xidmətindən APA-ya verilən məlumata görə, paytaxtda polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 23 yaşlı Nihat Azadov və tanışı 23 yaşlı Şamama Mahmudova saxlanılıblar. Onlar ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pulu hissə-hissə onlayn yolla ilkin ödəniş formasında aldıqdan sonra həmin şəxsləri bloklayıblar.
Onların əməlləri ilə bağlı Nəsimi RPİ 22-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir.
N.Azadov və Ş.Mahmudovanın qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər:
"Vətəndaşlara bir daha tövsiyə edirik ki, sosial şəbəkələrdə kirayə, alqı-satqı, xidmət, yaxud digər adlar altında fəaliyyət göstərən profil, səhifələrin təklifləri üzrə onlayn ödənişlərdən çəkinsinlər".
Oxşar xəbərlər
Sosial şəbəkə vasitəsilə dələduzluq edən şəxs saxlanılıb
Şirvanda dələduzluq edən şəxs həbs edilib
88 yaşlı qadını aldadaraq 15 min manatını ələ keçirən daha bir nəfər saxlanılıb
İşə düzəltmək adı ilə 100-dən çox vətəndaşın pulunu ələ keçirməkdə şübhəli bilinənlər saxlanılıblar
Mingəçevirdə dələduzluqla 300 min manatlıq mal-qaranı ələ keçirən şəxs saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













