Sosial şəbəkə vasitəsilə dələduzluq edən şəxs saxlanılıb
sizinxeber.az xəbər saytı

Sosial şəbəkə vasitəsilə dələduzluq edən şəxs saxlanılıb


Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sosial şəbəkələrdə dələduzluq edən Nicat Abdullayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, həmin şəxs “TikTok” sosial şəbəkəsində tanış olduğu Hacıqabul rayon sakininə özünü bank işçisi kimi təqdim edərək ona onlayn yolla kredit verəcəyini vəd edib.

Vətəndaşa 1600 manat məbləğində kredit təsdiq olunandan sonra isə N.Abdullayev həmin pulu öz kartına yönəldirib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

N.Abdullayevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

Oxşar xəbərlər

İmişlidə ov edən şəxs saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxda narkotik yetişdirən şəxs saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zərdabda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəx saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağcabədi rayon sakinlərindən 10 ədəd tüfən götürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Salyanda kənd sakini avtomobil qaçırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər