Səadət Yusifova: Azərbaycan ümumtürk irsinin qorunduğu əsas ünvandır
sizinxeber.az xəbər saytı

Səadət Yusifova: Azərbaycan ümumtürk irsinin qorunduğu əsas ünvandır


Azərbaycan dünən olduğu kimi, bu gün də ümumtürk irsinin qorunduğu əsas ünvandır.

"Sizinxeber.az" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Səadət Yusifova "Körpü" Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin tərəfdaşlığı ilə keçirilən II "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" adlı forumda deyib.

Onun sözlərinə görə, türkman irsi əsrlər boyu yaşadılmış, qorunmuş və bu günə daşınmış qiymətli ənənədir:

"Bu irsi qorumaq sadəcə keçmişi yaşatmaq deyil, həm də köklərimizdən güc alaraq gələcəyə uzanan körpünü möhkəmləndirmək deməkdir. Bu məsuliyyəti daşıyanlar, ilk növbədə, vətəndaş cəmiyyəti institutlarıdır. Dövlət müvafiq imkanlar yarada bilər, lakin irsin nəsildən-nəslə ötürülməsi üçün ictimai həmrəylik, təşəbbüskarlıq və əməkdaşlıq əsas şərtdir. Bu sahədə əldə olunan uğurlar da məhz belə bir əməkdaşlığın nəticəsidir".

Oxşar xəbərlər

Bakıda Yaxın Şərqin türkman irsinə həsr olunan forum keçirilir
Rizvan Nəbiyev: Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsini bütün Türk dünyası gözləyirdi
Naxçıvanda İraq və Suriyadakı türkman irsi müzakirə olunub
Bu gün Bakıda "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçiriləcək
Azər Allahverənov: Türkman eli ilə əməkdaşlığın inkişafı üçün böyük potensial var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər