Aviaqəzada həlak olanlardan biri Cəlilabad sakinidir
AZAL-a məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olanlardan biri Cəlilabad rayon sakini, 1997-ci il təvəllüdlü Qoşqar Firidun oğlu Sadıqovdur.
"Sizinxeber.az"un Muğan bürosu xəbər verir ki, onun şəxsiyyəti atasından götürülən DNT analizindən sonra müəyyənləşib.
Q.Sadıqov Qroznıda fəhlə kimi çalışırmış.
Ailədə bir qardaş və bir bacı olublar, subaymış.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Oxşar xəbərlər
AZAL-ın qəzaya uğrayan təyyarəsində bir azərbaycanlının aqibəti hələ də bilinmir
Tbilisidəki Azərbaycan səfirliyində başsağlığı kitabı açılacaq
Təyyarə qəzasında yaralananların xəstəxanada hansı şöbələrə yerləşdirildiyi məlum olub
Qəzaya uğrayan təyyarənin azərbaycanlı sərnişinlərindən birinin taleyi naməlum olaraq qalır
Azərbaycanın Rusiyadakı səfirliyində aviaqəza ilə bağlı başsağlığı kitabı açılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













