Təyyarə qəzasında yaralananların xəstəxanada hansı şöbələrə yerləşdirildiyi məlum olub
Ötən gün, dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan şəxslərin xəstəxanada hansı şöbələrə yerləşdirildiyi məlum olub.
"Report" xəbər verir ki, bununla bağlı Azərbaycan və Qazaxıstan ombudsmanları tərəfindən yaradılmış işçi qrup məlumat yayıb.
Bildirilib ki, ümumilikdə, 27 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 15 nəfər Azərbaycan, 8 nəfər Rusiya, 3 nəfər Qırğızıstan vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti, hələ ki müəyyən edilməyib.
Xəstəxanaya daxil olmuş şəxslərdən 11-i reanimasiya şöbəsində, 13-ü travmatologiya şöbəsində, 2-si neyrocərrahiyyə şöbəsində, 1-i isə cərrahiyyə şöbəsində müalicə alır. Həmin şəxslər Azərbaycan, Qazaxıstan və Rusiyadan ezam olunmuş peşəkar həkimlərin nəzarəti altındadır. Onlara operativ və ixtisaslaşmış tibbi və psixoloji yardımın göstərilməsi təmin edilib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Onlardan 38-i həlak olub, 29-u sağ qalıb.
Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.
Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.
Oxşar xəbərlər
Aktau yaxınlığında təyyarə qəzasından 28 nəfər sağ çıxıb, 4 nəfər həlak olub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Aktauda AZAL-ın təyyarəsinin qəzaya uğradığı yerdə fövqəladə vəziyyət rejimi tətbiq edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Təyyarə qəzasında xəsarət alan Rusiya vətəndaşları Moskvaya aparılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstan FHN: Aktau yaxınlığında təyyarə qəzasından 29 nəfər sağ çıxıb, 4 nəfərin meyiti tapılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qazaxıstandakı təyyarə qəzasından sonra 14 Azərbaycan vətəndaşı sağ qalıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












