Elm və təhsil naziri “TikTok” şirkətinin nümayəndələri ilə görüşüb
Noyabrın 19-da elm və təhsil naziri Emin Əmrullayev “TikTok” şirkətinin nümayəndə heyətini qəbul edib.
Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən xəbər verilib.
Bildirilib ki, görüşdə qurumun dövlət siyasəti üzrə vitse-prezidenti Helena Lerç, Şərqi Avropa regionu üzrə dövlət siyasəti və korporativ əlaqələr departamentinin direktoru Sergey Sokolov və şirkətin dövlət qurumları üzrə məsləhətçisi Emin Axundov iştirak ediblər.
Görüş zamanı “TikTok” şirkəti ilə elm və təhsil sahəsində birgə əməkdaşlığın qurulması müzakirə edilib, geniş cəmiyyət üçün maarifləndirici təşəbbüslər və layihələr barədə fikir mübadiləsi aparılıb.
Həmçinin təhsilverənlərə öz təhsil məzmununu tanıtmağa imkan verən yeni təşəbbüslərin həyata keçirilməsi istiqamətində təkliflər müzakirə edilib. Bununla yanaşı, müxtəlif ölkələrdə müəllimlər tərəfindən aparılan təhsil kanallarının nümunələri təqdim edilib və platformanın imkanlarının təhsil məzmununun yaxşılaşmasına verdiyi töhfələr müzakirə edilib.
Oxşar xəbərlər
Mədəniyyət Nazirliyində Tiktok platformasının nümayəndə heyəti ilə görüş olub
Emin Əmrullayev İtaliyanın təhsil naziri ilə görüşüb
Emin Əmrullayev Anqolanın vitse-prezidenti ilə görüşüb
Elm və təhsil naziri “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb
Emin Əmrullayev Özbəkistanın məktəbəqədər və ümumi təhsil naziri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













