Polis quldurluq əməlində şübhəli bilinən şəxsi zərərsizləşdirib
sizinxeber.az xəbər saytı

Polis quldurluq əməlində şübhəli bilinən şəxsi zərərsizləşdirib


Sentyabrın 9-da saat 21 radələrində Binəqədi rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibi tərəfindən polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Sizinxeber.az-ya verilən məlumata görə, dərhal hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına şübhəli şəxs odlu silahla müqavimət göstərməklə qaçmağa cəhd edib. Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınmaqla şübhəli şəxs tətbiq olunan xidməti tabel silahı ilə zərərsizləşdirilib.

Müəyyən edilib ki, cinayət əməlini əvvəllər dəfələrlə Cinayət Məcələsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunan Şükürov Eldəniz Məmmədhüseyn oğlu törədib.

Hadisə yerindən cinayət aləti olan “Makarov” tipli tapança aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Sabunçuda evə basqın edilib
Bakıda evə silahlı basqın etməkdə şübhəli bilinən şəxs zərərsizləşdirilib
Polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirilib
Bakıda evə basqın olub, şübhəli şəxs polis tərəfindən zərərsizləşdirilib
Nərimanov rayonunda adam bıçaqlayan şəxs polis tərəfindən saxlanılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle