Ralf Horlemann: "Alman şirkətləri SOCAR-la ildə 2 milyard m3 qaz tədarükünə dair müqavilə bağlayıb"
sizinxeber.az xəbər saytı

Ralf Horlemann: "Alman şirkətləri SOCAR-la ildə 2 milyard m3 qaz tədarükünə dair müqavilə bağlayıb"


Almaniya şirkətlərinin Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə bağladıqları uzunmüddətli müqavilələr çərçivəsində Azərbaycandan tədarük olunan qazın həcmi ildə təxminən 2 milyard m3 qiymətləndirilir.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann jurnalistlərlə vida görüşündə bildirib.

"Üç Almaniya şirkətinin SOCAR-dan müqavilə ilə aldığı - ildə təxminən 2 milyard m3 qaz - Avropanın enerji bazarının sabitləşməsi üçün çox vacibdir", - Horlemann deyib.

Səfir izah edib ki, tədarüklər Avropa enerji bazarı daxilində, ilk növbədə İtaliya ilə svop sazişləri mexanizmi vasitəsilə həyata keçirilir.

"Söhbət təxminən 10 il üçün nəzərdə tutulmuş uzunmüddətli razılaşmalardan gedir. Mən gözləyirəm ki, qazın bu həcmi həmin dövrdən sonra da arta bilər, lakin hazırda, ilk 10 il ərzində o, ildə təxminən 2 milyard m3 təşkil edir", - o əlavə edib.

Oxşar xəbərlər

Almaniya səfiri: Azərbaycanla münasibətlər praqmatik və sabit olaraq qalır
Bolqarıstanın illik qaz istehlakının 60 %-dən çoxu Azərbaycanın payına düşür
Səfir: Almaniya ilə Azərbaycan arasında ticarət balansı bərabərdir
Səfir Horlemann: Almaniya COP29-un uğurla keçirilməsində maraqlıdır
Almaniya səfiri: "Avropanın "yaşıl enerji” transformasiyasında Azərbaycanın rolu artır"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər