Bakıda evə basqın olub, şübhəli şəxs polis tərəfindən zərərsizləşdirilib
sizinxeber.az xəbər saytı

Bakıda evə basqın olub, şübhəli şəxs polis tərəfindən zərərsizləşdirilib


Sentyabrın 3-də gecə saatlarında Sabunçu rayonunda evlərdən birinə naməlum şəxsin basqın etməsi ilə bağlı ev sahibəsi tərəfindən polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, dərhal hadisə yerinə yaxınlaşan polis əməkdaşlarına şübhəli şəxs kəsici-deşici alətlə müqavimət göstərməklə qaçmağa cəhd edib. Ev sakinlərinin təhlükəsizliyi təmin olunmaqla cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınmaqla şübhəli şəxs tətbiq olunan xidməti tabel silahı ilə zərərsizləşdirilib.

Müəyyən edilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən – 1999-cu il təvəllüdlü, əvvəllər qəsdən sağlamlığa zərər vurma, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə görə məhkum olunan Haxverdiyev Elşən Zaur oğlu olub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Sabunçuda evə basqın edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabunçuda marketə basqın olub, tütün məmulatları oğurlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bərdədə 22 yaşlı şəxs qətlə yetirilib, 16 yaşlı gənc saxlanılıb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bərdədə 22 yaşlı gəncin qətli ilə bağlı cinayət işi başlanılıb - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sabunçuda quldurluq hadisəsi qeydə alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər