İran vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinən şəxs həbs olunub
Sosial şəbəkədə tanış olduğu İran vətəndaşına pul müqabilində narokuryerlik etməkdə şübhəli bilinən şəxsdən üç kiloqram heroin aşkarlanıb.
Bu barədə “Sizinxeber.az”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi və Saray Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən növbəti əməliyyat zamanı 1993-cü il təvəllüdlü Elçin Əlizadə saxlanılıb.
Onun üzərindən və avtomobilindən 3 kiloqramdan artıq narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. O, narkotik vasitələri satış məqsədilə sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyini bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə E.Əlizadə barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Lerikdə İran vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinən şəxs həbs olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran vətəndaşından əldə edilən 41 kiloqram narkotik dövriyyədən çıxarılıb, iki nəfər həbs olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qobuda saxlanılan şəxsdə 2 kq narkotik aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lerikdə saxlanılan narkokuryerdən 10 kq narkotik aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda 18 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












