Qobuda saxlanılan şəxsdə 2 kq narkotik aşkarlanıb
Qobu qəsəbəsində saxlanılan şəxsdə 2 kiloqram narkotik vasitə aşkarlanıb.
APA DİN-ə istinadən xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədi ilə növbəti əməliyyat həyata keçirilib.
Bölməyə 1980-cı il təvəllüdlü Sergey Koçetkovun Qobu qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirdiyi barədə məlumat daxil olub. Həmin şəxs saxlanılan zaman ondan 2 kiloqram narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. S.Koçetkov ifadəsində narkotikləri sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının vasitəsi ilə satmaq niyyəti ilə əldə etdiyini bildirib. Araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Qobuda saxlanılan şəxsdən 2 kiloqram narkotik vasitə aşkarlanıb
Nərimanov rayonunda əməliyyat zamanı 5 narkokuryer və silahlı şəxs saxlanılıb - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
