Lerikdə İran vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinən şəxs həbs olunub
sizinxeber.az xəbər saytı

Lerikdə İran vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinən şəxs həbs olunub


Lerik rayonunda İran vətəndaşından 10 kiloqram narkotik əldə etməkdə şübhəli bilinən şəxs həbs olunub.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Bildirilib ki, tədbirlərlə əvvəllər məhkum olunmuş 25 yaşlı Vüsal Abdullazadə saxlanılıb. Ondan ümumilikdə 10 kiloqram marixuana, heroin və metamfetamin, əlavə olaraq 50 ədəd metadon həbi aşkarlanıb. Araşdırmalarla onun narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi, maddi qazanc və narkotik vasitə müqabilində deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə V.Abdullazadə barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

Oxşar xəbərlər

Lerikdə saxlanılan narkokuryerdən 10 kq narkotik aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lerikdə saxlanılan narkokuryerdən 10 kiloqram narkotik aşkarlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran vətəndaşından əldə edilən 41 kiloqram narkotik dövriyyədən çıxarılıb, iki nəfər həbs olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Lənkəranda 18 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıya külli miqdarda narkotik gətirmək istəyən şəxs Biləsuvarda saxlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər