

Lerikdə saxlanılan narkokuryerdən 10 kq narkotik aşkarlanıb
Lerik Rayon Polis Şöbəsinin əməkdaşları çətin relyef şəraitində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçiriblər. Tədbirlərlə əvvəllər məhkum olunmuş 25 yaşlı Vüsal Abdullazadə saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, ondan ümumilikdə 10 kiloqram marixuana, heroin və metamfetamin, əlavə olaraq 50 ədəd metadon həbi aşkarlanıb.
Araşdırmalarla onun narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi, maddi qazanc və narkotik vasitə müqabilində deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə V.Abdullazadə barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıya külli miqdarda narkotik gətirmək istəyən şəxslər saxlanılıblar
Lerikdə saxlanılan narkokuryerdən 10 kiloqram narkotik aşkarlanıb
Lənkəranda 18 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb
Bakı və Salyanda 41 kq narkotik dövriyyədən çıxarılıb
Bakıya külli miqdarda narkotik gətirmək istəyən şəxs Biləsuvarda saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
