Tokayev Qazaxıstanda vitse-prezident vəzifəsini təsdiq edən qanunu imzalayıb
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dövlət idarəetmə sistemində genişmiqyaslı dəyişiklikləri, o cümlədən vitse-prezident vəzifəsinin təsis edilməsini nəzərdə tutan konstitusiya qanunları paketini imzalayıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Kazinform" məlumat yayıb.
"Qazaxıstan Respublikasının Prezidenti haqqında" qanuna əsasən, vitse-prezident dövlət orqanları ilə qarşılıqlı fəaliyyətdə dövlət başçısının maraqlarını təmsil edəcək və onun tapşırığı ilə digər funksiyaları yerinə yetirəcək.
Digər qanunla ölkənin ali nümayəndəli və qanunverici orqanı olan Qurultay təsis edilir. Onun tərkibinə partiya siyahıları üzrə beş il müddətinə seçilən 145 deputat daxil olacaq. Qurultay bir sıra əsas təyinatların razılaşdırılması, büdcənin icrası haqqında hesabatların təsdiqi və prezident seçkilərinin təyin edilməsi üzrə səlahiyyətlər əldə edəcək.
Eyni zamanda, ümummilli dialoqu və vətəndaş cəmiyyətinin daxili siyasətin formalaşmasında iştirakını təmin etmək məqsədi daşıyan ali məsləhət orqanı – Qazaxıstan Xalıq Keneşi yaradılıb. Şuraya qanunvericilik təşəbbüsü hüququ və ümumxalq referendumlarının keçirilməsi təşəbbüsü ilə çıxış etmək imkanı verilir.
Bundan əlavə, K.Tokayev paytaxtın idarə edilməsi, onun inkişafı məsələlərini, eləcə də inzibati-ərazi vahidlərinin yaradılması və dəyişdirilməsi qaydasını tənzimləyən paytaxtın statusu və inzibati-ərazi quruluşu haqqında konstitusiya qanunlarını imzalayıb.
Oxşar xəbərlər
Tokayev Qırğızıstana dövlət səfəri edəcək
Qazaxıstanda növbəti prezident seçkiləri 2029-cu ildə keçiriləcək
Qazaxıstan Prezident Administrasiyasına yeni rəhbər təyin edilib
Tokayev Qazaxıstan Xalqlar Assambleyasının sessiyasını açıb
Qazaxıstanda AES tikintisi ilə bağlı referendum keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa Liqasına hazırlığı başa vurub
-
Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib
-
Xankəndidəki su və kanalizasiya kollektorları yenidən qurulacaq
-
Qaradağda torpaq satışı qalmaqalı: Sabiq vəzifəli şəxslərinin məhkəmə istintaqı başladı
-
Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var - FOTO - YENİLƏNİB
-
Zelenski Putinə görüş və danışıqlar müddətində atəşkəs təklif edib
