Naxçıvanda qəzada xəsarət alan şəxslərdən daha biri xəstəxanada ölüb
sizinxeber.az xəbər saytı

Naxçıvanda qəzada xəsarət alan şəxslərdən daha biri xəstəxanada ölüb


Naxçıvanda baş verən qəzada xəsarət alan şəxslərdən daha biri xəstəxanada ölüb.

APA xəbər verir ki, mayın 23-də Naxçıvan-Ordubad magistralının Babək rayonu Çeşməbasar kəndi ərazisindən keçən hissəsində "Hyundai" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində xəsarət alan şəxslərdən 24 yaşlı Vəliyev Şahin Elxan oğlu bu gün xəstəxanada ölüb.

Qeyd edək ki, qəza zamanı 6 nəfər xəsarət almışdı. Onlardan 22 yaşlı Əlizadə Nail İlham oğlu qəzadan 3 gün sonra xəstəxanada ölmüşdü.

Xəsarət alan digər 4 nəfər - İbrahimov Firudin Namiq oğlu, Əsədli Turan Xaliq oğlu, Qasımov Zeynal Elxan oğlu və Rzazadə Samiq Səbuhi oğlunun müalicəsi davam edir.

Oxşar xəbərlər

Şəkidə dörd gün əvvəl baş verən qəzada xəsarət alan 9 yaşlı uşaq xəstəxanada ölüb
Tovuzda 6 nəfərin öldüyü qəzada xəsarət alan yeniyetmə xəstəxanada keçinib
Bir həftə öncə qəzada xəsarət alan 80 yaşlı qadın ölüb
Şəkidə 3 gün öncə yol qəzasında xəsarət alan uşaq xəstəxanada ölüb
Hacıqabulda qəzada 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər