Bakıda oğurluq edən 4 nəfər saxlanılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
07 
in
2025
12:00

Bakıda oğurluq edən 4 nəfər saxlanılıb

07 in, 2025
12:00
432

Bakıda oğurluq edən 4 nəfər saxlanılıb

Paytaxt ərazisində oğurluq edən 4 şəxs saxlanılıb.

Bu barədə Sizinxeber.az-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nəsimi rayonu ərazisində bir nəfərə məxsua “Opel” markalı avtomobildən 453 manat pul, 606 manat dəyərində ədəd qol saatları və eynək oğurlanıb.

Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 57 yaşlı Ə.Abbasov müəyyən olunaraq saxlanılıb.

Həmçinin Xətai rayonu ərazisində yerləşən bir evin qarşısından mopedi, Binəqədi rayonunda isə paytaxt sakininə məxsus 3300 manat dəyərində mobil telefonu oğurlamaqda şübhəli bilinən 22 yaşlı E.Mustafayev, 21 yaşlı D.Melikov və M.Mehdizadə də saxlanılıblar.

Araşdırmalar aparılır.

Bizimlə əlaqə saxlayın