Paytaxtda oğurluq edən 3 nəfər saxlanılıb
sizinxeber.az xəbər saytı

Paytaxtda oğurluq edən 3 nəfər saxlanılıb


Paytaxt ərazisində oğurluq edən 3 nəfər saxlanılıb.

Bu barədə Sizinxeber.az-ya Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sabunçu rayonu ərazisində yerləşən evlərin birindən 1900 manat dəyərində televizor və müxtəlif məişət əşyaları oğurlanıb.

Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 33 yaşlı Ə.Kərimov saxlanılıb.

Bundan başqa, Binəqədi rayonunda bir nəfərə məxsus avtomobildən 450 manat pul və sənəd, Yasamal rayonunda isə bir marketdən 2000 manat oğurlamaqda şübhəli bilinən 39 yaşlı R.Məmmədov və 38 yaşlı A.Balaşov da saxlanılıblar.

Araşdırma aparılır.

Oxşar xəbərlər

Bakıda oğurluq edən 4 nəfər saxlanılıb
Bakıda marketdən 12 600 manat oğurlanıb
Mağazadan 20 min manat oğurlayan şəxs saxlanılıb
Paytaxtda oğurluq və dələduzluq edənlər saxlanılıb
Bakıda silsilə oğurluq edən şəxslər tutulub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər