Kürün sahilində xüsusi tunel hazırlayaraq çətənə bitkisi yetişdirən şəxs saxlanılıb - VİDEO
Sabirabad Rayon Polis Şöbəsinin Qaragüney Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə Kür çayının rayonun Muğan Gəncəli kəndi ərazisindən keçən hissəsinin sahilində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan əvvəllər məhkum olunmuş Fərrux İmanov saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı xüsusi aqrotexniki qaydalara qulluq edilərək yetişdirilmiş 53 ədəd çətənə kolu və 8 kiloqramdan artıq marixuana aşkar olunaraq götürülüb.
F.İmanov həmin bitkilərə qulluq edən zaman ətraf ərazilərdən görünməməsi üçün xüsusi tunel hazırlayaq oradan istifadə edib.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Kürün sahilində xüsusi tunel hazırlayaraq çətənə yetişdirən şəxs saxlanılıb
Qaxda çay sahilində çətənə kolu yetişdirən şəxs tutulub
Göyçayda çətənə kolu yetişdirən iki nəfər saxlanılıb - FOTO
Meşədə çətənə əkən şəxs tutulub
Salyanda narkotik tərkibli bitkilər yetişdirən 4 nəfər saxlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













