Köhnə Günəşlidə avtoservisdəki yanğın söndürülüb - YENİLƏNİB - 2 » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
01 
avq
2025
22:30
0
0
1 060

Köhnə Günəşlidə avtoservisdəki yanğın söndürülüb - YENİLƏNİB - 2

01 avq, 2025
22:30
1 060

Köhnə Günəşlidə avtoservisdəki yanğın söndürülüb - YENİLƏNİB - 2

Bakı şəhəri, Xətai rayonu, Səməd bəy Mehmandarov küçəsində obyektdə yanğın olması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Nazirlikdən “Sizinxeber.az”a verilən məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının 14 boksdan ibarət ümumi sahəsi 700 m² olan avtomobil təmiri sexində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində sexdə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər bokslara yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində təmir sexinin 2 boksunun yanar konstruksiyaları 120 m² sahədə, içərisində təmirə dayanmış “LAND ROVER SPORT” markalı minik avtomobili, bitişik ümumi sahəsi 36 m² olan 2 ədəd dəmir konteynerlərə yığılmış avtomobil ehtiyyat hissələri yanıb.

Avtomobil təmiri sexinin böyük hissəsi yanğından mühafizə olunub.

20:04

Bakının Xətai rayonunda avtoservisdə baş verən yanğın söndürülüb.

Bu barədə “Sizinxeber.az”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

18:38

Bakının Köhnə Günəşli qəsəbəsində avtoservis yanır.

Fövqaladə Hallar Nazirliyindən “Sizinxeber.az”a verilən məlumata görə, əraziyə yanğınsöndürmə briqadaları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər görülür.

Hadisənin başvermə səbəbi məlum deyil.

Bizimlə əlaqə saxlayın