Nərimanov rayonunda obyektdə yanğın olub » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
may
2025
20:00

Nərimanov rayonunda obyektdə yanğın olub

26 may, 2025
20:00
497

Nərimanov rayonunda obyektdə yanğın olub

Bakı şəhərinin Nərimanov rayonu, İ.Qayıbov küçəsində yerləşən obyektdə yanğın olub.

Bu barədə "Sizinxeber.az"a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus ümumi sahəsi 1 300kv.m olan bir dam altında tikilmiş avadanlıqların təmiri sexi və anbar kimi fəaliyyət göstərən obyektin dam örtüyündə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektin dam örtüyündə baş vermiş yanğın genişlənməsinə, o cümlədən obyektin təmir və anbar hissəsinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində obyektin dam örtüyü 120kv.m. sahədə və işçilərin soyunub-geyinmə otağı 5kv.m. sahədə yanıb.

Obyektin təmir və anbar sahəsi yanğından mühafizə olunub.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Bizimlə əlaqə saxlayın