Komitə sədri: Uşaqlar üçün oyun platformaları Azərbaycanla əməkdaşlığa hazır olduqlarını bəyan ediblər
sizinxeber.az xəbər saytı

Komitə sədri: Uşaqlar üçün oyun platformaları Azərbaycanla əməkdaşlığa hazır olduqlarını bəyan ediblər


Uşaqlarla bağlı bir neçə oyun platformaları mövcud problemlərin həlli istiqamətində Azərbaycanla əməkdaşlığa hazır olduqlarını bildiriblər.

Bunu "Sizinxeber.az"un sualına cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş "Mənim səsim-mənim hüquqlarım" mövzusunda konfrans çərçivəsində deyib.

Onun sözlərinə görə, məqsəd həmin platformaların fəaliyyətini ölkədə məhdudlaşdırmaq deyil:

"Məqsədimiz onların yaratdığı və gündəlik inkişaf etdirdiyi platformalarda uşaqların zərərli informasiyalardan qorunmasına dair standartların formalaşdırılması və bu sahədə nəzarət mexanizmlərinin gücləndirilməsidir. Müasir dövr rəqəmsal dövrdür. Bu şəraitdə qadağalarla hər hansı nəticəyə nail olmaq mümkün deyil"

Onun sözlərinə görə, əgər bu platformalar milyonlarla insanın istifadə etdiyi böyük şəbəkələr yarada biliblərsə, mövcud problemlərin aradan qaldırılması istiqamətində də effektiv addımlar ata bilərlər:

"Biz də onlarla əməkdaşlıq şəraitində bu problemlərin həllinə töhfə vermək istəyirik. Uşaqlar üçün ünsiyyət, fikir mübadiləsi və inkişaf imkanları yaradan platformalar inkişafın qarşısını alan problemlərin aradan qaldırılması istiqamətində daha məsuliyyətli davranmalıdırlar. Keçirilən görüşdən və Azərbaycan dövlətinin bu məsələyə münasibətindən sonra digər sosial şəbəkə platformaları da bizimlə əlaqə saxlayaraq, öz platformalarında mövcud problemlərin həlli istiqamətində əməkdaşlığa hazır olduqlarını bildiriblər. Bizim istədiyimiz də budur ki, bu platformaların rəhbərləri öz məsuliyyətlərini dərk etsin və məsələyə daha həssas yanaşsınlar".

Xatırladaq ki, martın 19-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə "Roblox" qlobal platforması arasında onlayn görüş keçirilib. Dövlət Komitəsi tərəfindən "Roblox"un uşaqlar üçün potensial öyrənmə və əyləncə mühiti olmaqdan çıxaraq, ciddi sosial problemlərin mənbəyinə çevrilə biləcəyi, oyunlarda uşaqların təhlükəsizliyi baxımından hüquqa və ailə dəyərlərinə zidd məzmunların mövcudluğu ilə bağlı narahatlıq ifadə edilib, xüsusilə 16 yaşadək uşaqların təhlükəsizliyinin təmin olunması üçün müdafiə mexanizmlərinin gücləndirilməsinin vacibliyi vurğulanıb. Qeyd olunan məsələlərin aradan qaldırılmadığı təqdirdə platformanın fəaliyyətinin Azərbaycanda məhdudlaşdırılacağı diqqətə çatdırılıb.

Oxşar xəbərlər

Bahar Muradova: Azərbaycanda doğum halları ilə bağlı vəziyyət kritik həddə deyil
Bahar Muradova: Azərbaycanda uşaqlar hələ də partlamamış minaların yaratdığı təhlükə ilə üz-üzədir
Səbinə Əliyeva: Uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi ilə bağlı təkliflər hazırlanıb
Bahar Muradova: Uşaqların zərərli informasiyadan qorunması Azərbaycanın əsas prioritetlərindəndir
Bahar Muradova qadınların su resurslarının idarəçiliyinə cəlb olunmasını təklif edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər