Bahar Muradova: Azərbaycanda doğum halları ilə bağlı vəziyyət kritik həddə deyil
Azərbaycanda doğum halları ilə bağlı vəziyyət kritik həddə deyil.
"Sizinxeber.az" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 İyun -Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş "Mənim səsim-mənim hüquqlarım" mövzusunda keçirilən konfrans çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanda doğum sayının azalması dövlət qurumları ilə bağlı məsələ deyil, bu, demoqrafiya, milli kimlik, gələcək insan kapitalının formalaşması məsələsidir:
"Əslində, inkişaf etmiş ölkələrə baxdıqda Azərbaycanda doğum halları ilə bağlı vəziyyət kritik həddə deyil. Bu məsələ insanların düşüncəsi ilə bağlı məsələdir. Ailə dəyərlərimizə əsaslanaraq balansı qorumağa çalışmalıyıq. Dövlət Komitəsi məsələni diqqətdə saxlayır, aidiyyəti qurumlara nə etməli olduğunu bildirir. Hesab edirəm ki, ölkə bu baxımdan kritik həddə çatmayacaq. Problemin kökünü, gələcək perspektivlərini bilirik və diqqətdə saxlayırıq".
Oxşar xəbərlər
Komitə sədri: Uşaqlar üçün oyun platformaları Azərbaycanla əməkdaşlığa hazır olduqlarını bəyan ediblər
Bahar Muradova: Azərbaycanda uşaqlar hələ də partlamamış minaların yaratdığı təhlükə ilə üz-üzədir
Bahar Muradova: Xarici dildə təhsil verən müəssisələrdə Azərbaycan dilində dərsliklərin olması vacibdir
Bahar Muradova: Məişət zorakılığının qarşısının alınması ilə bağlı yeni dövlət konsepsiyası hazırlanır
Bahar Muradova: "Ailə Konsepsiyası"nın hazırlanmasına başlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu ailələrə aylıq sosial ödəniş edilir -Rəsmi AÇIQLAMA
-
ABŞ İrana zərbələr endirdi
-
Bakıda ilk ABŞ–Azərbaycan İqtisadi Dialoqu keçiriləcək
-
İsrail Livandakı Bofor qalasını "təhlükəsizlik zonası"nın bir hissəsi kimi saxlayacaq
-
ABŞ səmasında dəhşətli partlayış: 300 ton trotil...
-
Putin ölümsüzlüyə hazırlaşır: 26 milyardlıq layihə...
