Hon Myonq-bo: "Çexiya ilə matçda qalib gəlmək gücündə olduğumuza əmin idim"
sizinxeber.az xəbər saytı

Hon Myonq-bo: "Çexiya ilə matçda qalib gəlmək gücündə olduğumuza əmin idim"


Cənubi Koreya DÇ-2026-da Çexiya ilə oyunda qalib gəlmək gücündə olub.

"Sizinxeber.az" FIFA-ya istinadən xəbər verir ki, bunu asiyalıların baş məşqçisi Hon Myonq-bo sözügedən qarşılaşmadan sonra deyib.

Mütəxəssis qələbə qazandıqları görüşü şərh edib:

"Bu bizim ilk oyunumuz idi və həqiqətən, çox çətin keçdi. Qələbənin özü məni sevindirir, amma bundan da önəmlisi odur ki, futbolçularımız geri düşdükləri vəziyyətdə təslim olmadılar və qələbəni qazandılar. Komandamızın qalib gəlmək gücündə olduğuna əmin idim. Hesab 1:1 olarkən futbolçulara dedim ki, hər zaman oynadığınız kimi oynayın".

Qeyd edək ki, Cənubi Koreya - Çexiya görüşü birincilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Oxşar xəbərlər

Miroslav Koubek: "Cənubi Koreya komandamıza qarşı hava toplarında çətinlik çəkirdi"
DÇ-2026: Cənubi Koreya Çexiya üzərində əzmkar qələbə qazanıb - YENİLƏNİB-6
DÇ-2026: Cənubi Koreya - Çexiya oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR
DÇ-2026: Cənubi Koreya - Çexiya oyununda ikinci qol vurulub - YENİLƏNİR-4
Li Jae-Myonq Cənubi Koreyada keçirilən növbədənkənar prezident seçkilərində qalib gəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər