Qusarda hərbçilərlə “Radikal dini cərəyanlar və ifrat məzhəbçilik” mövzusunda maarifləndirmə işi aparılıb
Qusarda “N” saylı hərbi hissədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin təşkilatçılığı ilə “Radikal dini cərəyanlar və ifrat məzhəbçilik” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
“Report”un məlumatına görə, tədbirdə Dövlət Komitəsinin regional bölməsinin müdir müavini Elnur Ağasıyev, QMİ-nin Qusar rayonu üzrə səlahiyyətli nümayəndəsi Fəryaddin Rəhimxanov, eləcə də hərbçilər iştirak ediblər.
Çıxışlar zamanı dini radikalizm anlayışı, ifrat məzhəbçilik, dini radikalizmin, ekstremizmin yaranmasının səbəbləri və onun ağır fəsadları barədə məlumat verilib.
Bildirilib ki, ölkədə mövcud olan multikulturalizm və tolerantlıq xalqımızın min illərlə formalaşdırdığı mənəvi dəyərlər üzərində bərqərar olub və birliyimizdə, həmrəyliyimizdə, qarşılıqlı anlaşmada mühüm rol oynayır.
Oxşar xəbərlər
Şəki Tibb Kollecində dini maarifləndirmə tədbiri keçirilib
Azərbaycan Ordusunda dini radikalizmə qarşı mübarizəyə dair fəaliyyət planı müəyyənləşib
Dini ibadət yerlərində “Yaşıl gələcək naminə” aksiyası keçirilib
Dini Komitənin sədri Kambocaya səfər edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
