Ceyhun Bayramovla Bəxtiyor Səidov TDT çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Ceyhun Bayramovla Bəxtiyor Səidov TDT çərçivəsində əməkdaşlığı müzakirə edib - YENİLƏNİB


Azərbaycan və Özbəkistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Bəxtiyor Səidov telefon danışığı zamanı Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığı müzakirə edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər Azərbaycan ilə Özbəkistan arasında müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, yüksək səviyyəli qarşılıqlı səfərlər, əldə olunmuş razılaşmaların icrası, habelə ticarət, iqtisadiyyat, investisiyalar, nəqliyyat, logistika və digər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıblar.

Eyni zamanda, regional və beynəlxalq təşkilatlar, o cümlədən Türk Dövlətləri Təşkilatı, BMT və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Azərbaycan və Özbəkistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Bəxtiyor Səidov telefon danışığı aparıb, iki ölkə arasında strateji tərəfdaşlığın inkişafını müzakirə ediblər.

"Report" xəbər verir ki, bu barədə Özbəkistan XİN rəhbəri sosial şəbəkələrdə məlumat verib.

"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı apardıq. Özbəkistan və Azərbaycan arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə etdik, qarşıdan gələn müxtəlif səviyyələrdə tədbirlərin qrafiki barədə fikir mübadiləsi apardıq", - o bildirib.

Qeyd olunub ki, qarşılıqlı maraq doğuran ticari-iqtisadi, investisiya, nəqliyyat-logistika, energetika və digər sahələrdə qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsi məsələlərinə xüsusi diqqət yetirilib.

"Söhbət zamanı həmçinin qarşılıqlı maraq doğuran ikitərəfli və çoxtərəfli gündəliyin digər məsələlərini də nəzərdən keçirdik", - Özbəkistanın XİN rəhbəri əlavə edib.

Oxşar xəbərlər

Azərbaycan və Özbəkistan XİN rəhbərləri telefon danışığı aparıb, strateji tərəfdaşlıq müzakirə olunub - YENİLƏNİB
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə regional vəziyyəti müzakirə edib
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə regional məsələləri müzakirə edib - YENİLƏNİB
Azərbaycan və Pakistan XİN başçıları regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər