Dini Komitənin sədri Kambocaya səfər edəcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Kambocaya səfər edəcək.
Bu barədə "Report"a Dini Komitədən məlumat verilib.
Bildirilib ki, o, noyabrın 23-dən 26-dək paytaxt Pnompen şəhərində keçiriləcək Kamboca Parlamenti ilə Qlobal Tolerantlıq və Sülh Şurasının birgə evsahibliyi etdiyi Beynəlxalq Tolerantlıq və Sülh Parlamentinin “Sülh, Barışıq və Tolerantlıq Axtarışı” mövzusunda keçiriləcək 11-ci plenar sessiyasında iştirak edəcək.
İki plenar sessiyadan ibarət tədbirdə sülh, tolerantlıq, birgəyaşayış ilə bağlı ümumi narahatlıq doğuran qlobal məsələlər müzakirə ediləcək. Sonda sülh, barışıq və tolerantlıq axtarışı üzrə Pnompen Bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, ayrı-seçkilik və ekstremizmə qarşı mübarizədə tolerantlıq və sülh mədəniyyətini təbliğ etmək məqsədi daşıyan Qlobal Tolerantlıq və Sülh Şurası müasir dünyada bu anlayışların təşviqi istiqamətində əməkdaşlığın müzakirə olunduğu platformadır.
Oxşar xəbərlər
Əl-Cərvan: Dini liderlər iqlim dəyişikliyi ilə mübarizədə səylərini birləşdirməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tolerantlıq və Sülh uğrunda Qlobal Şuranın sədri: Yer kürəsində sülhü bərqərar etmək istiqamətində addımlar atmalıyıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qlobal Tolerantlıq və Sülh Şurasının prezidenti: Planetin qorunması QHT-lərin töhfəsi olmadan mümkün deyil [xfgiven_updateblue][/xfgiven_updateblue]
Dini Komitənin sədri Moskvada keçiriləcək qurultayda iştirak edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Komitə sədri: Azərbaycanda heç zaman milli və dini ayrı-seçkilik səbəbindən münaqişə baş verməyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












