Minatəmizləmə zamanı həlak olanlara şəhid statusu verilməlidir - Ekspert
sizinxeber.az xəbər saytı

Minatəmizləmə zamanı həlak olanlara şəhid statusu verilməlidir - Ekspert


"Azərbaycanda uzun illərdir minatəmizləmə prosesi həyata keçirilsə də, müvafiq sahə üzrə qanun yeni qəbul edildi. Burada həmin şəxslərin statusu, mina qurbanlarına yardım və maarifləndirmə məsələləri öz əksini tapıb".

Bu sözəri Teleqraf.com-a açıqlamasında "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov "Minatəmizləmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu"nu şərh edərkən bildirib.

Onun sözlərinə görə, dünyada ən son qəbul edilmiş mütərəqqi ideyalar Azərbaycanın minatəmizləmə prosesində tətbiq olunur:

"Azərbaycan Respubliaksının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuranın üzvü kimi, qanun qəbul olunmazdan əvvəl biz də təkliflərimizi təqdim etmişdik. Onlardan bəziləri nəzərə alınaraq qəbul edildi. Bu qanunda bütün məsələlər nəticə etibarı ilə işğaldan azad olunmuş ərazilərin qısa müddət ərzində minalardan təmizlənməsini nəzərdə tutub".

Ekspert vurğulayıb ki, minatəmizləmə zamanı həlak olanlara şəhid statusunun verilməsinin tərafdarıdır:

"Mina təmizləyərkən həlak olanlara şəhid, yaralananlara isə qazi statusu verilməlidir. Məncə, ermənilərin atdığı güllədən həlak olanla, minatəmizləmə zamanı həyatını itirənlər arasında fərq qoyulmamalıdır. Təşkilat rəhbəri kimi hər zaman bunu təklif etmişəm. Yaralananlara isə qazi statusu verilsə, yaxşı olar".


Oxşar xəbərlər

Minatəmizləmə zamanı həlak olanlara şəhid adının verilməsi təklif olunub
Ötən ay azad edilmiş ərazilərdə 767 mina zərərsizləşdirilib
ANAMA: Bu il Qarabağda 6 min 500-dən çox mina zərərsizləşdirilib
İlham Əliyev “Minatəmizləmə fəaliyyəti haqqında” yeni qanunu təsdiqləyib
Azad edilmiş ərazilərdə bir ay ərzində daha 541 mina aşkar edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər