Nazir: Sakit Okean adaları iqlim riskləri ilə üz-üzədir
Sakit Okean adaları iqlim riskləri ilə üz-üzədir.
“APA-Economics” xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən “Kiçik Ada İnkişaf Etməkdə Olan Dövlətlərdə inklüziv şəhər dayanıqlılığı, mavi iqtisadiyyat və davamlı turizm” mövzusunda xüsusi sessiyada Papua Yeni Qvineyanın mənzil və şəhərsalma naziri Kobbi Barmor deyib.
Nazir bildirib ki, Papua Yeni Qvineya və digər Sakit Okean ada dövlətləri dəniz səviyyəsinin yüksəlməsi və iqlim dəyişikliyinin təsirləri ilə üzləşirlər.
Kobbi Barmor qeyd edib ki, urbanizasiya və mənzil təminatı ilə bağlı problemlər bu çağırışları daha da artırır, bir çox ada icmasının isə köçmək imkanı yoxdur.
Onun sözlərinə görə, Sakit Okean ölkələri bu məsələlərdə vahid mövqedən çıxış edir və beynəlxalq dəstəyə ehtiyac duyur.
Nazir beynəlxalq tərəfdaşları yerli bilik və təcrübədən istifadə etməyə çağıraraq, iqlimə uyğunlaşma tədbirlərinin yerli icmalarla birlikdə hazırlanmasının vacibliyini vurğulayıb.
Oxşar xəbərlər
Sakit Okean Adaları Forumunun 53-cü iclası işinə başlayıb
Yeni Zelandiya Sakit okean regionu ölkələri üçün maliyyələşdirməni artırır
Maldiv adaları iqlim dəyişikliyinə uyğunlaşmaq üçün təcili beynəlxalq yardım istəyir
Azərbaycan “QS Ali Təhsil Pre-sammiti: Asiya Sakit Okean 2024”də təmsil olunub
Nazir: Anqola dayanıqlı şəhər inkişafı üçün mənzil proqramlarını genişləndirir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
