sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
ANAMA: Bu il Qarabağda 6 min 500-dən çox mina zərərsizləşdirilib
Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı illik məlumat yayıb.
ANAMA-dan "Sizinxeber.az"a verilən məlumata görə, azad olunan ərazilərdə il ərzində 2372 tank əleyhinə mina, 4 min 286 piyada əleyhinə mina, 59 min 163 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin 62 min 23 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirib.
Oxşar xəbərlər
Ötən ay azad edilmiş ərazilərdə 767 mina zərərsizləşdirilib
Azad edilmiş ərazilərdə bir ay ərzində daha 541 mina aşkar edilib
Ötən həftə azad olunmuş ərazilərdə 152 mina zərərsizləşdirilib
Ötən həftə azad edilmiş ərazilərdə 97 mina zərərsizləşdirilib
Ötən həftə azad edilmiş ərazilərdə 330 mina zərərsizləşdirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













