Azad edilmiş ərazilərdə bir ay ərzində daha 541 mina aşkar edilib
sizinxeber.az xəbər saytı

Azad edilmiş ərazilərdə bir ay ərzində daha 541 mina aşkar edilib


Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

ANAMA-dan "Report"a verilən məlumata görə, azad olunan ərazilərdə noyabr ayı ərzində 85 tank əleyhinə mina, 456 piyada əleyhinə mina, 2274 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin 4707,4 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirib.

Oxşar xəbərlər

Ötən ay azad edilmiş ərazilərdə 767 mina zərərsizləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən həftə azad edilmiş ərazilərdə 97 mina zərərsizləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən həftə azad olunmuş ərazilərdə 152 mina zərərsizləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avqust ayında azad edilmiş ərazilərdə 772 mina zərərsizləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ötən həftə azad edilmiş ərazilərdə 330 mina zərərsizləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər