XRG: Azərbaycandakı fəaliyyətimizi daha da genişləndirmək üçün müzakirələr aparırıq
Qlobal miqyasda təbii qaza tələbatın qarşıdakı onillikdə əhəmiyyətli dərəcədə artacağı gözlənilir.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bunu Bakı Enerji Forumunun “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi” adlı sessiyasında XRG-nin Aktivlərin idarə olunması üzrə baş vitse-prezidenti Bassem Tadros deyib.
Onun sözlərinə görə, qaz bazarının uzunmüddətli perspektivləri ilə bağlı müxtəlif yanaşmalar olsa da, qlobal tələbatın artacağına dair ümumi konsensus mövcuddur.
B.Tadros bildirib ki, XRG məhz bu artan tələbatı qarşılamaq məqsədilə yaradılıb. O qeyd edib ki, şirkət 150 milyard ABŞ dolları həcmində enerji investisiya fondu kimi fəaliyyət göstərir və dünyada qaz layihələrinin inkişafına sərmayə yatırır.
“Biz maliyyə imkanlarını güclü texniki ekspertiza və hökumətlərarası tərəfdaşlıqlarla birləşdirərək beynəlxalq qaz layihələrinin həyata keçirilməsinə dəstək veririk”, – deyə o vurğulayıb.
XRG rəsmisinin sözlərinə görə, şirkət son bir il yarım ərzində Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə qaz layihələrində iştirakını genişləndirib.
O qeyd edib ki, XRG Azərbaycanda SOCAR ilə tərəfdaşlıq çərçivəsində “Abşeron” layihəsində iştirak edir, həmçinin Cənub Qaz Dəhlizində pay almaq barədə saziş imzalayıb.
“Azərbaycandakı fəaliyyətimizi daha da genişləndirmək üçün müzakirələr aparırıq”, – deyə B.Tadros əlavə edib.
Onun sözlərinə görə, enerji layihələri, xüsusilə də sərhədlərarası layihələr mürəkkəb, kapit tutumlu və yüksək riskli olduğundan tərəfdaşlıqlar onların risklərinin azaldılmasında və daha sürətli icrasında mühüm rol oynayır.
Oxşar xəbərlər
Cio Kristofoli: bp “Şahdəniz”ə 2,9 mlrd. dollar investisiya yatırır
bp-nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər
Bakı Enerji Forumunun ikinci günü işinə başlayıb
bp: Yeni texnologiya “Şahdəniz”də əlavə qaz ehtiyatlarının hasilatına imkan verəcək
Pərviz Şahbazov: Azərbaycan həm bu günün, həm də gələcəyin enerji təhlükəsizliyinə töhfə verir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda daha bir yol ÖDƏNİŞLİ OLDU - MƏBLƏĞLƏR AÇIQLANDI
-
İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək
-
Maliyyə Nazirliyində bir sıra idarələr ləğv edildi - Yeni struktur yaradıldı
-
Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğulub
-
Bakı Enerji Həftəsinin ilk günündə imzalanan sənədlərin siyahısı açıqlanıb
-
FHN rəsmisi: Təlimlər uşaqların böyük marağına səbəb olub
