DVX: Vergi borclarının endirimlə ödənilməsini təklif edən saytlar saxtadır
sizinxeber.az xəbər saytı

DVX: Vergi borclarının endirimlə ödənilməsini təklif edən saytlar saxtadır


Dövlət strukturlarının adı altında fəaliyyət göstərən, fərdi və ya bank kartı məlumatlarının daxil edilməsini istəyən internet saytlarından istifadə ciddi risk daşıyır.

"Sizinxeber.az" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) isitnadən xəbər verir.

DVX bildirir ki, son vaxtlarda sosial media platformalarında xaricdə qeydiyyatdan keçmiş, vergi borclarının güzəştli şərtlərlə ödənilməsi imkanı təqdim edən və rəsmi dövlət strukturlarına aid vizual tərtibatdan yararlanan internet səhifəsi ilə bağlı məlumatlar geniş şəkildə paylaşılıb.

Dövlət Vergi Xidməti vətəndaşların nəzərinə çatdırır ki, vergi öhdəlikləri və ödənişlərə dair informasiyalar yalnız rəsmi qaynaqlar vasitəsilə əldə olunmalı, ödəniş prosedurları isə qanunvericiliklə nəzərdə tutulmuş rəsmi elektron xidmətlər, bank müəssisələri və ya ödəniş terminalları üzərindən aparılmalıdır.

"Vətəndaşlardan şübhəli vəziyyətlərlə üzləşdikdə diqqətli olmaq, şəxsi məlumatlarını naməlum tərəflərə təqdim etməmək və yalnız rəsmi mənbələrə istinad etmək xahiş edilir. Qeyd edirik ki, Dövlət Vergi Xidməti heç bir şəraitdə onlayn resurslar vasitəsilə vətəndaşların bank kartı rekvizitlərini soruşmur", - məlumatda deyilir.

Oxşar xəbərlər

Sabah Dövlət Vergi Xidməti elektron xidmətlər göstərməyəcək
Naxçıvanda vergi daxilolmaları 29 % artıb
Naxçıvanda vergi daxilolmaları 38 %-ə yaxın artıb
Azərbaycanda 4 ayda vergi daxilolmaları 6 milyard manatdan çox olub
"AZCON Holding" şirkətləri ölkənin aparıcı vergi ödəyiciləri arasında yer alıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər