Ağdam Sənaye Parkında velosiped istehsal ediləcək
sizinxeber.az xəbər saytı

Ağdam Sənaye Parkında velosiped istehsal ediləcək


“Qarabike” MMC-yə İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidentliyi statusu verilib.

"Sizinxeber.az" agentliyə istinadən xəbər verir ki, yeni qeydiyyata alınmış rezident sənaye parkının ərazisində velosiped istehsal edəcək.

Layihənin investisiya dəyəri 8,6 milyon manatdır.

Çinin qabaqcıl texnologiyalarından istifadə ediləcək müəssisədə ilkin mərhələdə il ərzində 44 min ədəddən çox velosiped istehsal ediləcək, növbəti mərhələdən isə illik istehsal gücünün 70 min ədədə çatdırılması planlaşdırılır.

Ağdam Sənaye Parkında hazırda 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Sənaye Parkında görülmüş işlərə sahibkarlar 115 milyon manatdan çox investisiya yatırıb, 650 nəfərdən çox daimi iş yeri yaradıb.

Oxşar xəbərlər

“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında boya fırçası istehsal ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdam Sənaye Parkında istehsal edilən məhsulların istifadəsinə başlanılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdam Sənaye Parkında yeni istehsal sahəsi yaradılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdam Sənaye Parkında yeni rezident qeydiyyata alınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağdam Sənaye Parkında led işıqların istehsalı müəssisəsi yaradılır [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər