Ağdam Sənaye Parkında istehsal edilən məhsulların istifadəsinə başlanılıb
sizinxeber.az xəbər saytı

Ağdam Sənaye Parkında istehsal edilən məhsulların istifadəsinə başlanılıb


İqtisadiyyat Nazirliyinin yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkında Ağdam Sənaye Parkında istehsal edilən məhsulların istifadəsinə başlanılıb.

“Report” Agentliyə istinadən xəbər verir ki, Ağdam Sənaye Parkında istehsal edilən dam örtükləri, divar kağızları, məsaməli hörgü blokları, dəmir və metal qapılar, jalüz, məhəccər və arakəsmələr, metal torlar və s məhsullar işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma, bərpa işlərində istifadə olunur.

Sənaye Parkının rezidentləri tərəfindən indiyədək 1,8 milyon manat dəyərində məhsul satışı həyata keçirilib. İstehsal olunan məhsullar, əsasən Ağdam, Cəbrayıl, Laçın, Kəlbəcər və s. rayonlarda yeni kəndlərin salınmasında istifadə edilir.

Hazırda Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 260 milyon manat olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Parkda 9 müəssisə fəaliyyətə başlayıb, 370-dən artıq daimi iş yeri yaradılıb.

Oxşar xəbərlər

Ağdam Sənaye Parkında yeni istehsal sahəsi yaradılır
Ağdam Sənaye Parkında led işıqların istehsalı müəssisəsi yaradılır
Türkiyə şirkəti Ağdam Sənaye Parkına 20 milyon manatdan artıq investisiya yatıracaq
Bu il Sumqayıt Kimya Sənaye Parkında daha 2 müəssisə fəaliyyətə başlayacaq
Ağdam Sənaye Parkına media-tur təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle