Şərurda çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb
sizinxeber.az xəbər saytı

Şərurda çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb


Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Şərur rayonu Aşağı Aralıq kəndində fəaliyyət göstərən Dünyamalıyev Məmiş Əziz oğluna məxsus çörək emalı müəssisəsində aparılan planlı yoxlama zamanı ciddi nöqsanlar aşkar edilib.

Agentlikdən "Report"un yerli bürosuna verilən xəbərə görə, müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı, qapı və pəncərələrdə qoruyucu torlardan istifadə olunmadığı, dezinfeksiya işlərinin aparılmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi və obyektin təmirə ehtiyacının olduğu aşkarlanıb.

Aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib, sahibkar barəsində inzibati protokol tərtib olunub və çatışmazlıqlar aradan qaldırılanadək emal müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.

Oxşar xəbərlər

Şahbuzda nöqsanlar aşkarlanan kafenin fəaliyyəti məhdudlaşdırılıb
Babək şəhərində ötən günlərdən qalmış dönəri təkrar emaldan sonra satan kafe aşkarlanıb
Naxçıvanda çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb
Naxçıvanda 6 dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
“Su Səsi” restoranında nöqsanlar aşkarlanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle