Polis dövlətçiliyin etibarlı dayaqlarından biridir - RƏY
sizinxeber.az xəbər saytı

Polis dövlətçiliyin etibarlı dayaqlarından biridir - RƏY


Azərbaycan Polisi 108 ildir ki, dövlətin və xalqın təhlükəsizliyinin keşiyində dayanaraq şərəfli və məsuliyyətli xidmətini ləyaqətlə davam etdirir.

Bunu "Sizinxeber.az"a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

O bildirib ki, bu gün Azərbaycan polisi təkcə ictimai asayişi qoruyan qurum deyil, həm də dövlətçiliyin etibarlı dayaqlarından biridir:

"Cinayətkarlığa qarşı qətiyyətli mübarizə, qanunun aliliyinin təmin olunması, vətəndaşların hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən peşəkar fəaliyyət ölkəmizdə sabitliyin və əmin-amanlığın əsas təminatçılarındandır. Məhz bu fədakar xidmətin nəticəsidir ki, vətəndaşlarımız küçələrdə, evlərində və yollarında özlərini təhlükəsiz hiss edirlər".

Deputat qeyd edib ki, Azərbaycan polisi və Daxili Qoşunların şəxsi heyəti hər zaman Vətən qarşısında ən məsuliyyətli məqamlarda ön sıralarda olub:

"Birinci və İkinci Qarabağ müharibələrində, 44 günlük Vətən müharibəsində, eləcə də 2023-cü il lokal antiterror tədbirləri zamanı polis əməkdaşları Azərbaycan Ordusu ilə çiyin-çiyinə döyüşərək Zəfər tariximizin yazılmasına öz layiqli töhfələrini veriblər. Onların göstərdiyi qəhrəmanlıq xalqımızın yaddaşında əbədi yaşayacaq.

Laçın yolunda keçirilən ekoloji aksiya zamanı da polis əməkdaşları yüksək peşəkarlıq nümayiş etdirərək aksiya iştirakçılarının təhlükəsizliyini təmin etdilər, ictimai asayişi qorudular və dövlətimizin milli maraqlarının müdafiəsində üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirdilər".

Fatma Yıldırım qeyd edib ki, COVID-19 pandemiyası dövründə də polis əməkdaşları ən çətin şəraitdə gecə-gündüz xidmət apararaq karantin rejiminin təmin olunmasında, vətəndaşlara yardım göstərilməsində, insanların sağlamlığının qorunmasında böyük fədakarlıq nümayiş etdirdilər:

"Təbii fəlakətlər, fövqəladə hallar və kütləvi tədbirlər zamanı da onların operativ və peşəkar fəaliyyəti cəmiyyətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilir.

Bu gün müasir Azərbaycan polisi 1990-cı illərin mürəkkəb dövründən tamamilə fərqli olaraq, yüksək peşəkarlığı, müasir texnologiyalara əsaslanan fəaliyyəti, güclü maddi-texniki bazası və hazırlıqlı şəxsi heyəti ilə regionun nümunəvi hüquq-mühafizə orqanlarından birinə çevrilib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin polis orqanlarına göstərdiyi davamlı diqqət və qayğı nəticəsində bu sahədə mühüm islahatlar həyata keçirilib, əməkdaşların sosial müdafiəsi gücləndirilib, xidmət şəraiti daha da yaxşılaşdırılıb".

Depuatın sözlərinə görə, bu gün xalq-polis birliyi ölkədə sabitliyin ən vacib amillərindən biridir:

"Polis əməkdaşları yalnız qanunun keşiyində dayanan insanlar deyil, eyni zamanda vətəndaşın yanında olan, onun təhlükəsizliyini, hüquqlarını və əmin-amanlığını qoruyan etibarlı dayaqdır. Eyni zamanda, beynəlxalq terrorizmə, narkotrafikə və transsərhəd cinayətkarlığa qarşı mübarizədə də Azərbaycan polisi beynəlxalq tərəfdaşlarla uğurlu əməkdaşlıq edərək ölkəmizin təhlükəsizliyinə mühüm töhfələr verir.

Azərbaycan Polisinin 108 illik şərəfli tarixi fədakarlıq, peşəkarlıq və Vətənə sədaqət tarixidir. Bu əlamətdar gün münasibətilə bütün polis əməkdaşlarımıza möhkəm cansağlığı, məsuliyyətli və şərəfli fəaliyyətlərində yeni uğurlar arzulayır, xalqımızın təhlükəsizliyi naminə xidmət edən hər bir əməkdaşa dərin minnətdarlığımı bildirirəm".

Oxşar xəbərlər

Azərbaycan polisi konstitusion quruluşun mühafizəsinin təmin olunmasında müstəsna rol oynayır - RƏY
107 İl Xidmət, 107 İl Fəda
Rövşən Tağıyev: Yol polisi qanunsuz taksi fəaliyyəti ilə mübarizə aparır
Vahid Novruzov: "Audit hüquqi dövlətin əsas iqtisadi dayaqlarından birinə çevrilib"
Hərbi prokuror Daxili Qoşunların hərbi hissəsində görüş keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər