Alen Simonyan deputat mandatından imtina edib, yeni parlamentdə olmayacaq
sizinxeber.az xəbər saytı

Alen Simonyan deputat mandatından imtina edib, yeni parlamentdə olmayacaq


Mən parlament sədri vəzifəsində fəaliyyətimi davam etdirmək istəyirdim, deputat kimi yox.

“Armenpress” xəbər verir ki, bu fikri Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib.

“Mən parlament sədri vəzifəsində fəaliyyətimi davam etdirmək istəyirdim. Çünki tarixdə ən uzun müddət parlament sədri olmuş və səlahiyyət müddətini tam başa vurmuş şəxs kimi hesab edirəm ki, beş illik fəaliyyətim davam etdirilməli idi. Amma partiya və onun idarə heyəti var və mən hər zaman bəyan etmişəm ki, idarə heyətinin qərarına uyğun hərəkət edəcəyəm”, – Simonyan deyib.

Alen Simonyan ona prezidentlik təklif olunmasına dair xəbərlərə də münasibət bildirib. O, belə bir söhbətin olmadığını vurğulayıb.

Xatırladaq ki, bir neçə gün əvvəl vitse-spiker Ruben Rubinyan Ermənistanın yeni formalaşacaq parlamentinin sədri vəzifəsinə namizəd seçilib.

Oxşar xəbərlər

Alen Simonyan deputat mandatından imtina etdiyini bildirib
Ruben Rubinyan Ermənistan parlamentinin spikeri postuna namizəd seçilib
Alen Simonyan Rusiyaya səfər edəcək
Alen Simonyan: Dəvət alsam, Azərbaycana gedərəm
Alen Simonyan: Reqlamentin mövcudluğu Azərbaycan və Ermənistanın ən böyük qələbəsidir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər