"Tottenhem" Mateuş Fernandeşi heyətinə qatıb
sizinxeber.az xəbər saytı

"Tottenhem" Mateuş Fernandeşi heyətinə qatıb


"Tottenhem" klubu İngiltərə Premyer Liqasının digər təmsilçisi "Vest Hem"dən Portuqaliya millisinin yarımmüdafiəçisi Mateuş Fernandeşi heyətinə qatıb.

"Report" London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı futbolçu ilə müqavilə imzalanıb.

"Sportinq" klubunun akademiyasının yetirməsi 2025-ci ilin avqustunda "Vest Hem"ə transfer olunub. O, ötən mövsüm bu komandanın heyətində Premyer Liqada 36 oyuna çıxaraq 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Portuqaliyanın U-18, U-19, U-20 və U-21 yığmalarında oynamış M.Fernandeş apreldə ABŞ-yə qarşı keçirilən yoldaşlıq görüşündə Portuqaliya millisində debüt edib.

Oxşar xəbərlər

"Mançester Yunayted" yayda Carrod Bouen və Mateuş Fernandeşi transfer etməyi planlaşdırır
"Arsenal" Mateuş Fernandeşi heyətinə qatmağı planlaşdırır
"Mançester Yunayted" Mateuş Fernandeş üçün təklif hazırlayır
"Tottenhem" müdafiəçisi Kristian Romero qeyri-adi səbəbdən komandanın son matçını buraxır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər