Zelim Tçkayev: "Bakıdakı mundialda da qızıl medal qazanmaq üçün əlimdən gələni edəcəyəm"
sizinxeber.az xəbər saytı

Zelim Tçkayev: "Bakıdakı mundialda da qızıl medal qazanmaq üçün əlimdən gələni edəcəyəm"


Azərbaycan cüdoçusu Zelim Tçkayevin (81 kq) növbəti hədəfi Bakıda keçiriləcək dünya çempionatında qızıl medal qazanmaqdır.

27 yaşlı idmançı bu barədə "Sizinxeber.az"a açıqlama verib.

O, Çinin Sindao şəhərində keçirilmiş Qran-pridə qızıl medal qazanması ilə bağlı danışıb:

"Bu turnirdə hər şey əla idi. Mənim üçün çox yaxşı gün oldu. Yarışa yaxşı hazırlaşmışdım. Növbəti hədəfim Bakıdakı dünya çempionatında qızıl medal qazanmaqdır. Bunun üçün əlimdən gələni edəcəyəm".

Z.Tçkayev hazırda Yaponiyada təlim-məşq toplanışında olduğunu və növbəti yarışlara hazırlaşdığını vurğulayıb.

Xatırladaq ki, Azərbaycan millisi Qran-prini 1 qızıl və 3 bürünc medalla başa vurub. Zelim Tçkayev (81 kq) qızıl, Əhməd Yusifov (60 kq), Hidayət Heydərov (81 kq) və Murad Fətiyev (90 kq) bürünc mükafata sahib çıxıblar.

Oxşar xəbərlər

Zelim Tçkayev: "Növbəti hədəfim dünya çempionatında qızıl medal qazanmaq olacaq"
Avropa çempionatı: Zelim Kotsoyev qızıl medal uğrunda mübarizə aparacaq
Xorvatiyada çempion olan Azərbaycan cüdoçusu: "Ən böyük hədəfim Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaqdır"
Avropa çempionatı: Azərbayan cüdoçusu Zelim Tçkayev bürunc medal uğrunda görüşə çıxacaq
Murad Fətiyev Sindao Qran-prisinin bürünc medalını qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər