Gürcüstan Rusiya ilə Sxinvali arasında imzalanmış "sazişə" etiraz edib
sizinxeber.az xəbər saytı

Gürcüstan Rusiya ilə Sxinvali arasında imzalanmış "sazişə" etiraz edib


Cenevrə Beynəlxalq Danışıqlarının 67-ci raundunda Gürcüstan nümayəndə heyəti Rusiya ilə Sxinvali işğalçı rejimi arasında imzalanmış qondarma sazişə etirazını bildirib.

"Report"un Gürcüstan bürosunun məlumatına görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, iyunun 30-u - iyulun 1-də keçirilən danışıqlarda Gürcüstan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Laşa Darsalia rəhbərlik edib.

Qeyd edilib ki, Gürcüstan tərəfi Rusiya ilə Sxinvalidəki işğalçı rejim arasında 9 may 2026-cı ildə imzalanmış "müttəfiqlik əməkdaşlığının dərinləşdirilməsi" haqqında qondarma saziş və onun icrası ilə bağlı ciddi narahatlığını ifadə edib. Vurğulanıb ki, bu cür sənədlər hüquqi baxımdan etibarsızdır, beynəlxalq hüququ kobud şəkildə pozur və konstruktiv dialoqa maneə yaradır.

Danışıqlarda Gürcüstan nümayəndə heyəti Rusiyanın Avropa İttifaqının vasitəçiliyi ilə 12 avqust 2008-ci ildə əldə olunmuş atəşkəs sazişi üzrə öhdəliklərini yerinə yetirməsinin vacibliyini vurğulayıb, həmçinin məcburi köçkünlərin və qaçqınların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmasının təmin olunmasını tələb edib.

Nümayəndə heyəti işğal olunmuş ərazilərdə təhlükəsizlik, humanitar vəziyyət və insan hüquqları sahəsində mövcud problemləri, eləcə də Rusiya və işğalçı rejimlərin hərəkətlərini gündəmə gətirib. Bununla yanaşı, Qalidə Hadisələrin Qarşısının Alınması və Cavab Verilməsi Mexanizminin (İPRM) ilkin şərt olmadan bərpa olunmasının və Qali ilə Erqnetidə müntəzəm fəaliyyət göstərməsinin vacibliyi qeyd edilib.

Nazirliyin məlumatına görə, Rusiya və işğalçı rejimlərin nümayəndələri əvvəlki raundlarda olduğu kimi, məcburi köçkünlərin və qaçqınların geri qayıtması məsələsinin müzakirəsindən imtina ediblər.

Qeyd edək ki, Cenevrə Beynəlxalq Danışıqlarının növbəti 68-ci raundu 2026-cı il noyabrın 10-11-də keçiriləcək.

Oxşar xəbərlər

Gürcüstan XİN: Rusiyanın Suxumi hava limanından istifadə etməsi suverenliyin pozulmasıdır
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb
Tbilisidə Gürcüstan, Azərbaycan və Ermənistan nümayəndələri arasında görüş başa çatıb - YENİLƏNİB-2
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın yaşıl enerji sahəsində imzaladıqları sazişə düzəliş protokolu təsdiqlənib
Gürcüstan XİN Rusiyanın Abxaziyadakı hava limanından qanunsuz istifadəsinə dair etiraz bəyanatı yayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər