İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib
sizinxeber.az xəbər saytı

İran Hörmüz boğazından keçən tankerlərə xəbərdarlıq edib


İranın Birləşmiş Hərbi Komandanlığı Hörmüz boğazından keçən bütün neft tankerlərinin yalnız Tehranın təsdiqlədiyi marşrutlardan istifadə etməli olduğunu, əks halda "qətiyyətli cavabla" üzləşəcəklərini bəyan edib.

"Associated Press" xəbər verir ki, bu barədə İran dövlət televiziyası "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının bəyanatına istinadən məlumat yayıb.

"İranın Hörmüz boğazında müəyyən etdiyi marşrutlara və naviqasiya qaydalarına əməl edilməməsi, təyin olunmuş marşrutdan kənara çıxılması və ya bu qaydaların pozulması silahlı qüvvələr tərəfindən dərhal və qətiyyətli cavabla qarşılanacaq. Bu isə qaydanı pozan gəmilərin təhlükəsizliyini risk altına salacaq", – İran hərbi komandanlığının bəyanatında bildirilir.


Oxşar xəbərlər

SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir
ABŞ Mərkəzi Komandanlığı: Gəmilər Hörmüz boğazından keçir
İran XİN: Hörmüz boğazında təhlükəsiz keçid mexanizmi yaradılacaq
Hərbi gəmilər Hörmüzdə qəti cavabla qarşılaşacaq - SEPAH
İran Hörmüz boğazından ABŞ və İsraillə əlaqəli gəmilərin keçidini tam qadağan edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər