Babək şəhərində ötən günlərdən qalmış dönəri təkrar emaldan sonra satan kafe aşkarlanıb
sizinxeber.az xəbər saytı

Babək şəhərində ötən günlərdən qalmış dönəri təkrar emaldan sonra satan kafe aşkarlanıb


Naxçıvan Muxtar Respublikasının Babək şəhərində fəaliyyət göstərən kafedə ötən günlərdən qalmış dönərin təkrar termiki emala məruz qoymaqla satışının həyata keçirildiyi aşkarlanıb.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, Muxtar Respublikanın Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Babək şəhərində fəaliyyət göstərən Süleymanzadə Xətai Məhərrəm oğluna məxsus kafedə gigiyenik qaydalara əməl olunmadığı, dezinfeksiya işlərinin aparılmadığı, mal qonşuluğu prinsipinə və temperatur rejiminə riayət olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi, ötən günlərdən qalmış dönərin təkrar termiki emala məruz qoymaqla satışının həyata keçirildiyi aşkarlanıb.

Aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək kafedə dönər xidməti məhdudlaşdırılıb.

Oxşar xəbərlər

“Su Səsi” restoranında nöqsanlar aşkarlanıb
Naxçıvanda daha bir dönərxananın fəaliyyəti dayandırılıb
Naxçıvanda iki ərzaq mağazasının sahibi cərimələnib
AQTA COP29 ərəfəsində kütləvi qidalanmanın təşkil edildiyi məkanlarda nəzarət tədbirlərini genişləndirib
Naxçıvanda daha iki dönərxananın fəaliyyəti məhdudlaşdırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər