Paşinyan Azərbaycan və Türkiyə ilə enerji əlaqələrinin genişləndirilməsinə tərəfdardır
Ermənistanın Türkiyə və Azərbaycanla enerji sahəsində qarşılıqlı əlaqələrinin genişləndirilməsi vacibdir.
Sizinxeber.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenlə İrəvanda keçirdiyi görüşdən sonra birgə mətbuat konfransında deyib.
“Enerji sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsini, o cümlədən elektrik ötürücü xətlərinin tikintisini, həmçinin qonşu Türkiyə və Azərbaycanla enerji bağlantılarının inkişafını vacib hesab edirəm. Bu, həm enerji təhlükəsizliyinə, həm də “yaşıl keçid” prosesinə töhfə verə bilər”, – Ermənistanın Baş naziri bildirib.
Paşinyan Ermənistanın Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsində iştirakının vacibliyini də qeyd edib və İrəvanın rəqəmsallaşma sahəsində əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu vurğulayıb.
Oxşar xəbərlər
Ermənistan Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən "yaşıl enerji" layihəsinə qoşulmaq istəyir
Prezident: Qara dənizin dibi ilə enerji kabelinin texniki əsaslandırma işləri bu yaxınlarda bitəcək
Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq mövcuddur
Ərdoğan Bakı Enerji Həftəsinin iştirakçılarına məktub ünvanlayıb
Paşinyan: Xoşbəxtlikdən indi Azərbaycanla sülh var, Türkiyə ilə diplomatik əlaqələrin qurulmasını səbirsizliklə gözləyirəm
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Rəqəmsal inkişaf dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilir: Yeni mərhələnin hədəfləri nədir? - TƏHLİL
-
Saks: Orta Dəhliz İpək Yolunun müasir davamıdır
