Şahbuzda nöqsanlar aşkarlanan kafenin fəaliyyəti məhdudlaşdırılıb
sizinxeber.az xəbər saytı

Şahbuzda nöqsanlar aşkarlanan kafenin fəaliyyəti məhdudlaşdırılıb


Şahbuz şəhərində fəaliyyət göstərən kafedə sanitariya qaydalarına əməl olunmadığı aşkarlanıb.

"Report"un yerli bürosunun məlumatına görə, Naxçıvan Muxtar Respublikası (MR) Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Şahbuz şəhəri H.Əliyev prospektində fəaliyyət göstərən “Okean” kafesində plandankənar yoxlama aparılıb.

Nəticədə kafedə gigiyenik qaydalara əməl olunmadığı, dezinfeksiya işlərinin aparılmadığı, temperatur rejiminə riayət olunmadığı, çiy dönərin qəbulu və termiki emalı zamanı sanitariya qaydalarına əməl olunmadığı, işçilərin tibbi müayinələrdən keçmədiyi və obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi aşkarlanıb.

Aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb.

Oxşar xəbərlər

Babək şəhərində ötən günlərdən qalmış dönəri təkrar emaldan sonra satan kafe aşkarlanıb
Naxçıvanda 6 dönərxananın fəaliyyəti məhdudlaşdırılıb
“Su Səsi” restoranında nöqsanlar aşkarlanıb
“Keşlə” bazarında istehlaka yararsız 800 kq-a yaxın balıq məhsulu aşkarlanıb
Zaqatalada nöqsanlar aşkarlanan şadlıq evinin fəaliyyəti məhdudlaşdırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle