Rusiya Kiyevə kütləvi hücum zamanı 28 ballistik raket tətbiq edib
sizinxeber.az xəbər saytı

Rusiya Kiyevə kütləvi hücum zamanı 28 ballistik raket tətbiq edib


Kiyevə iyulun 2-nə keçən gecə kütləvi hücum zamanı Rusiya qoşunları 28 ballistik raket tətbiq edib.

"Report" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının Kommunikasiyalar İdarəsinin rəisi Yuri İqnat bildirib.

Bildirilib ki, onları yalnız "Patriot" zenit-raket kompleksləri vasitəsilə zərərsizləşdirmək mümkündür.

Onun sözlərinə görə, bu hücum münaqişə başlayandan bəri ən irimiqyaslı hücumlardan biri olub. Rusiya qoşunları zərbələr üçün "İsgəndər-M", "Sirkon" ballistik raketlərindən, həmçinin yerüstü hədəfləri vurmaq üçün tətbiq edilən "S-400" zenit raketlərindən istifadə edib.

İqnat qeyd edib ki, Ukraynanın hava hücumundan müdafiə (HHM) sistemi üçün ən ciddi çağırış məhz ballistik raketlərdir, çünki onları yalnız "Patriot" kompleksləri zərərsizləşdirə bilir.

Onun sözlərinə görə, Ukrayna HHM-nin qanadlı raketləri məhv etmə səmərəliliyi təxmini 100 %, pilotsuz uçuş aparatlarını (PUA) isə 90 %-dən çoxdur.

Qeyd edək ki, iyulun 2-nə keçən gecə Rusiya qoşunları PUA və raketlərin tətbiqi ilə Kiyevə silsilə zərbələr endirib. Hücum nəticəsində azı 18 nəfər ölüb, azı 85 nəfər isə yaralanıb. Faciə ilə əlaqədar olaraq iyulun 3-ü Kiyevdə matəm günü elan edilib.

Oxşar xəbərlər

Ukrayna SQ: Rusiya gecə Ukrayna istiqamətdə 400-dən çox dron və 44 raket buraxıb
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
Rumıniya Ukraynaya “Patriot” verir
Rusiya bu şəhəri “Oreşnik”lə vurdu - Video
KİV: İsrail İranın ballistik raket istehsalının mühüm elementini məhv edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər