Azercell ahılların rəqəmsal təhlükəsizlik və şəxsi inkişaf bacarıqlarının gücləndirilməsinə dəstək olub
Şirkət “Üçüncü Bahar” İctimai Birliyinin üzvləri üçün inkişaf proqramı həyata keçirib
“Azercell Telekom” MMC korporativ sosial məsuliyyət strategiyası çərçivəsində cəmiyyətin müxtəlif qruplarının inkişafına yönəlmiş təşəbbüslərini davam etdirir. Bu dəfə şirkət “Üçüncü Bahar” İctimai Birliyinin üzvləri və əməkdaşları üçün xüsusi təlim proqramı təşkil edib.
Layihənin əsas məqsədi ahıl insanların sosial fəallığının artırılması, dəyişən dövrün tələblərinə uyğun bilik və bacarıqlar əldə etmələrinin təşviqi olub. Təşəbbüs eyni zamanda onların gündəlik həyat və ictimai fəaliyyətlərində istifadə edə biləcəkləri praktiki bacarıqların inkişafına dəstək göstərib.
Azercell Akademiyasının peşəkar təlimçiləri tərəfindən keçirilən sessiyalar effektiv ünsiyyət və informasiya təhlükəsizliyi mövzularını əhatə edib. İnteraktiv formatda təşkil olunan təlimlər iştirakçılara həm nəzəri biliklər qazanmağa, həm də praktiki bacarıqlarını inkişaf etdirməyə imkan yaradıb.
Eyni zamanda, “Üçüncü Bahar” İB-nin əməkdaşlarının peşəkar bacarıqlarının inkişafı məqsədilə onlar üçün emosional intellekt və biznes etiketi mövzularında sessiyalar keçirilib.
Qeyd edək ki, “Üçüncü Bahar” İctimai Birliyi ahıl insanların aktiv və sağlam həyat tərzinin təşviqi, sosial inteqrasiyasının gücləndirilməsi, eləcə də onların bilik və bacarıqlarının inkişafına yönəlmiş fəaliyyət həyata keçirən qeyri-hökumət təşkilatıdır.
Azercell cəmiyyətin müxtəlif yaş və sosial qruplarının inkişafına yönəlmiş layihələr vasitəsilə inklüziv inkişafın təşviqinə və insanların müasir dövrün çağırışlarına uyğun bacarıqlar əldə etməsinə töhfə verməyə davam edəcək.
Oxşar xəbərlər
Azercell-in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verilib
Azercell “SHE Congress”in rəqəmsal transformasiya tərəfdaşıdır
ADA Universitetinin 12 tələbəsi Azercell-də təcrübə keçəcək
Azercell-in dəstəklədiyi “FarmHer” layihəsi qadınların inkişafına töhfə verir
"Azercell" ahıllar üçün kibertəhlükəsizlik mövzusunda təlim keçib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arzum" məhkəmə zalında həbs olundu
-
QDTİB-nin İllik Toplantısı çərçivəsində Biznes Forum keçirilir - FOTO
-
Fitso: Qərb faktiki olaraq Rusiya ilə müharibə vəziyyətindədir
-
Prezident İlham Əliyev və Ursula fon der Lyayen mətbuata birgə bəyanatlarla çıxış ediblər - - FOTO - YENİLƏNİB-1
-
Rəqəmsal inkişaf dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilir: Yeni mərhələnin hədəfləri nədir? - TƏHLİL
-
Saks: Orta Dəhliz İpək Yolunun müasir davamıdır
