Venesuelada 4,2 maqnitudalı zəlzələ olub
sizinxeber.az xəbər saytı

Venesuelada 4,2 maqnitudalı zəlzələ olub


Venesuelada son baş verən yeraltı təkanlardan ən çox zərər çəkmiş La-Quayra ştatında 4,2 maqnitudalı zəlzələ qeydə alınıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Zəlzələ La-Quayra şəhərindən 10 kilometr aralıda və Nayquatadan 11 kilometr qərbdə qeydə alınıb. Zəlzələnin ocağı 2.9 kilometr dərinlikdə yerləşib.

Hələlik dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.

Qeyd edək ki, iyunun 25-nə keçən gecə Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geoloji Xidməti daha sonra 40 saniyə fərqlə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan barədə məlumat verib. Ölkə hakimiyyəti fövqəladə vəziyyət rejimi elan edib. Bundan sonra 512 afterşok baş verib. Venesuela hakimiyyətinin son məlumatlarına görə, ölənlərin sayı 1 450-yə çatıb, xəstəxanalarda xəsarət almış 3,2 mindən çox insan var.

Oxşar xəbərlər

Alyaskada 5,8 maqnitudalı zəlzələ baş verib
Venesuelada zəlzələ qurbanlarının sayı 164 nəfərə çatıb
Tayvanda 5,2 maqnitudalı zəlzələ qeydə alınıb
Çilidə 5,7 maqnitudalı zəlzələ baş verib
Peruda 6 maqnitudalı zəlzələ olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər