ABŞ və İran ərəb ölkələrinə zərbələrə görə kompensasiya ödənilməsini müzakirə edəcək
Vaşinqton və Tehran növbəti danışıqlar zamanı İranın region ölkələrinə endirdiyi zərbələrə görə kompensasiya ödənilməsi məsələsini müzakirə edəcəklər. Bu məsələni ərəb dövlətləri özləri qaldırmışdı.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Manamada ABŞ və Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının nazirlər görüşünün yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.
"Onlar yenidənqurma üçün maliyyə vəsaiti istəyirlər. Dəymiş zərərin kompensasiya edilməsini istəyirlər. Düşünürəm ki, qarşılıqlı anlaşma memorandumu üzrə danışıqlar prosesi çərçivəsində bu cür məsələlər müzakirə olunacaq", - o qeyd edib.
Rubionun sözlərinə görə, ərəb ölkələrinin nümayəndələri görüşdə bu məsələni qaldırıblar, lakin hələlik heç bir konkret razılaşma yoxdur: "Bu, onların maraqlı olduqları və bizim hansısa məqamda müzakirə etməli olacağımız məsələlərdən biridir. Lakin bununla bağlı hələ heç bir konkret detal işlənməyib".
Oxşar xəbərlər
Rubio: Ərəb ölkələri İrandan kompensasiya tələb edir
Sabah Rubionun Yaxın Şərq ölkələrinə səfəri başlayır
İran 5 ərəb ölkəsindən kompensasiya tələb edib
ABŞ dövlət katibi aprelin 16-18-də Parisdə Aİ nümayəndələri ilə Ukrayna məsələsini müzakirə edəcək
Ərəb ölkələrinin XİN başçıları İranın ABŞ hərbi bazasına hücumunu müzakirə edəcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Çexiya - Meksika oyunu başlayıb
-
Venesuelada güclü zəlzələ olub
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
